09  aprel  2003

Press-reliz

 

Azərbaycan İnternet Forumunun

açıqlaması

 

      «Mərkəz» qəzetinin 08 aprel 2003-cü il tarixli sayında Rabitə Nazirliyinin  idarə rəisi Məmmədrəsul Bilalovla müsahibə dərc edilib.

      Təəssüflə bildiririk ki, müsahibədə Azərbaycan İnternetinin inkdiki durumu ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar verilib. Dövlət  məmuru tərəfindən ölkədə İnternet istifadəçilərin sayının süni surətdə artırımaq cəhdləri, İnternet tariflərinin yüksək olmadığını qeyri-ciddi fakllarla ört-basdır edilməsi, kommersiya qurumu olan dövlət  Provayderinin ( dünyada bunun analoqu yoxdur ! ) reklam edilməsi cəhdləri təəssüf doğurur. İnvestisiya idarəsinə rəhbərlik edən bir şəxsin İnternet sahəsində dövlət monopoliyasına dolayısı ilə haqq qazandırması , həm dünyada gedən proseslərlə , həm də bu sahədə liberallaşma və özəlləşdirmə ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasətlə ziddiyyət təşkil edir.

      AİF adı çəkilən yazıda  kifayət qədər narahatçlıq doğuran və təhlükəli  məqamların da olduğunu bildirir. Belə ki, müsahibədə dövlət məmuru tərəfindən İnternet resursların mahiyyəti, onun informasiya yönümü ilə bağlı əsassız ittihamlar irəli sürülüb. Məhkəmənin qərarı olmadan , hansısa dövlət məmurunun öz subyektiv fikri əsasında  hansısa informasiya resursuna girişə qadağan qoyulması tələbi irəli sürməsi senzura cəhdi kimi qiymətləndirilməlidir. Uzun müddətdən bəri AzNet-də « texnoloji senzura » tətbtq edən qurumun , yeri gəlmişkən , öz İnternet resursunun mahiyyətinə nəzarət edə bilməyən qurumun nümayəndəsinin indi də « mentalitetə, adət-ənənəyə ziddir » terminləri altında  informasiyaya girişə qadağan qoyulması tələbi ilə Provayderlərə göstəriş verməsi İnternetdə  « siyasi-ideoloji »  senzura cəhdi kimi dəyərləndirilməlidir.  

     AİF bütün bunları informasiya azadlığı və informasiya mübadiləsi sahəsində ölkə konstitusiyasının tələblərinin  və beynəlxalq normaların pozulması  hesab edir, bu cür halların qarşısının alınmasını tələb edir.

    AIF  bəyan edir ki, hazırda ölkədə hüquqi dövlət quruculuğu prosesi gedir .  Odur ki, vəzifəsindən asılı olmayaraq hər bir şəxs yalnız qanunlara tabe olmalı, hansısa informasiyanın qanuna zidd olub-olmamasını müəyyənləşdirən müvafiq dövlət qurumlarına müraciət etmədir.

    AİF eyni zamanda xatırladır ki,  məhkəmənin qərarı olmadan RN-nin hansısa bir məmurunun qanunsuz göstərişlərini yerinə yetirərək informasiyaya girişə qadağa qoyması , sonda həmin Provayderin özünü məhkəmə qarşısında qoya, onu ən azı  öz müştərilərini itirmək təhlükəsi qarşısında qoya bilər.

   

 

AİF

Tel :    92-44-44

Mobil: 8(50/55) 311 70 45

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az