03 DEKABR 2003    

Press Reliz

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi

 

    

     Ötən gün Bakı şəhərində Köhnə İnturist mehmanxanasında «Bələdiyyələrdə informasiya mübadiləsi prosesinin effektiv qurulması» Layihəsi çərçivəsində  növbəti tədbir keçirilib.

      Bakı şəhər Bələdiyyələrinin üzvlərinin və icra aparatı işçilərinin iştirak etdiyi tədbirdə  «Bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında informasiya texnologiyalarının rolu » , “Bələdiyyə sahəsində  informasiya texnologiyalarının tətbiqi” , «Bələdiyyələrin elektron informasiya mübadiləsi vasitələrindən istifadəsinin üstünlükləri»  mövzularında məruzələr dinlənilib. 

      Bələdiyyələrdə elektron informasiya ilə işləmək vərdişlərinin aşılanması , bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibəğlərinin qurulmasında informasiya texnologiyalarının rolu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı informasiya və informasiya texnologiyaları sahəsində dünyada və ölkədə  gedən proseslər nəzərdən keçirilmiş , bələdiyyələrdə informasiya işinin qurulmasında, həmçinin bələdiyyələrin öz daxili fəaliyyətlərinin qurulmasında  daha səmərəli və effektiv formalardan istifadənin zəruriliyi  qeyd edilib. Bələdiyyə üzvləri və qulluqçuları arasında bu istiqamətdə Treninqlərin keçirilməsinin vacibliyi vurğulanıb.

      Bələdiyyə üzvlərinə və bələdiyə qulluqçularına Layihə çərçivəsində hazırlanmış «Bələdiyyə» Elektron-İnformasiya Sistemindən ibarət  CD - disklər paylanılıb. Bələdiyyələr və respublikanın bölgələri haqqında Məlumat Bazası, Bələdiyyələrin bütöv hüquqi bazasından ibarət, həmçinin bələdiyyələrin cari fəaliyətinin qurulmasında gərəkli olan digər informasiya-məlumatlardan ibarət bu İnformasiya Sisteminin İnternet variantı da hazırlanıb. Resurs www.belediyye.org  ünvanında yerləşir.

Layihə Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu tərəfindən dəstəklənib.

      Konfransda bir sıra beynəlxalq qurumların nümayəndələri də iştirak edib.

 

Multimedia Mərkəzi

Tel :   92-44-44

Veb:  www.cit.az     

Email: info@cit.az